“Vətəndaş arzulaya və istəyə bilər. Ancaq uşaqpulunun verilməsi gündəmdə deyil və uzun müddət də olmayacaq. Çünki ölkədə uşaqpulunun verilməsi üçün nə qanunvericilik var, nə də bu, 2025-ci il büdcəsində nəzərdə tutulub. Ümumiyyətlə, hökumət buna ehtiyac duymur”.
Bu fikirləri “Paytat.org“a açıqlamasında iqtisadçı Xalid Kərimli səsləndirib.