EN

Həkim psixiatr Zaur Qasımov: “Xroniki Yorğunluq Sindromu”nun əsas əlamətləri nələrdir? – VİDEO

“Xroniki Yorğunluq Sindromu” bir çox insanda rast gəlinən və son zamanların aktual problemlərindən biridir. Tanınmış həkim psixiatr mövzuya aydınlıq gətirib.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov son zamanlar bir çox insanda rast gəlinən “Xroniki Yorğunluq Sindromu” barədə danışıb.

Həkim

“Bu gün sizə xroniki yorğunluq sindromundan danışmaq istəyirəm. Bir çox insanlarda zaman keçdikcə iş qabiliyyətinin aşağı düşməsi, baş ağrıları, ətraf mühitə dözümsüzlük, əsəbilik, gərginlik, daxili narahatçılıqlar, daha çox yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Vaxt keçdikcə belə insanların əhval-ruhiyyəsi də aşağı düşür. Belə halların son nəticəsi isə gündəlik həyat fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bu kimi hallar “Xroniki Yorğunluq Sindromu”nun əsas əlamətləri sayılır. Xroniki yorğunluq sindromu vaxtında müalicə edilməzsə, bir sıra psixoloji problemlərə yol aça bilər.

Psixiatr qeyd edir ki, xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik vaxtında müalicə olunduqdan sonra aradan qalxır.

 

Chosen
24
nocomment.az

1Sources