EN

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Hind-Sakit Okean turuna başlayıb

Bakı. Trend:

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Hindistan,Tayland və Yaponiyanı əhatə edəcək Hind-Sakit Okean turuna startverib. O, ABŞ-yə qayıtmadan əvvəl Fransada da dayanacaq.

Trend xəbər verirki, bu barədə Qabbard "X" sosial şəbəkəsində paylaşım edib.

“Mən özüm Sakit okean regionunda böyüdüyüm üçün bu bölgəni yaxşıtanıyıram və bir sıra ölkələrə səfər edəcəyəm. Yaponiya, Tayland vəHindistana gedəcəyəm və Vaşinqtona qayıdarkən Fransada qısadayanacağam. Güclü münasibətlərin qurulması, qarşılıqlı anlayış vəaçıq kommunikasiya kanalları ABŞ Prezidenti Donald Trampın sülh,azadlıq və firavanlıq məqsədlərinə nail olmaq üçün həyati əhəmiyyətdaşıyır", - deyə Qabbard yazıb.

Turun ilk dayanacağı Havay adalarının Honolulu şəhəri olacaq.Burada Qabbard kəşfiyyat icmasının rəsmiləri və ABŞ Hind-SakitOkean Komandanlığının rəhbərliyi ilə görüş keçirəcək.

Qeyd edək ki, Milli Kəşfiyyat direktoru ABŞ-ın 18 kəşfiyyatorqanının fəaliyyətini koordinasiya edir.

Chosen
59
az.trend.az

1Sources