Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumata görə, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərasindən keçən hissəsində qeydə alınıb. "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib.
Faktla bağlı araşdırma apararılır.