EN

Azərbaycanın son 5 il ərzində geyimə çəkdiyi xərc

2019-2024-cü illərdə Azərbaycan idxal olunan geyim əşyaları və geyim üçün ləvazimatlara ümumilikdə 1 milyard 867 milyon 568 min ABŞ dolları xərcləyib.

Valyuta.az rəsmi statistikaya istinadən son 5 il ərzində geyim əşyaları və geyim üçün ləvazimatlara xərclənən maliyyə dəyərini hesablayıb. Ən yüksək göstərici isə ötən il qeydə alınıb. 

Araşdırmalara görə ötən il geyim əşyaları və geyim üçün ləvazimatlara 416 milyon 978 min ABŞ dolları xərclənib. 2023-cü il üzrə bu göstərici 415 milyon 021 min ABŞ dolları təşkil edib. 2022-ci ildə isə Azərbaycan sözügedən məhsulların idxalına 290 milyon 650 min ABŞ dolları dəyərində xərc çəkib. Bir az da əvvəlki illərin statistikalarına nəzər salsaq, 2020-ci ildə geyim əşyaları və geyim üçün ləvazimatlar 206 milyon 320 min ABŞ dolları, 2019-cu ildə isə 276 milyon 698 min ABŞ dolları dəyərində xərc çəkilib.

Sərvanə Rəmixanova

Chosen
33
valyuta.az

1Sources