Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 Avropa çempionatının qalibi olub.
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Operativ Media xəbər verir ki, Günay Qurbanova finalda italiyalı (U20) dünya və Avropa çempionu Aurora Russoya 4:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.