Gecə saatlarında Qusarın Quxuroba kəndində Zahid Abdiyevə məxsus olan evdə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yaşayış olmayan evin 150 kvadrat metr sahəsi tam yanıb.
Gecə saat 3-də hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tam söndürə bilib.
Yanğının səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu