2024-cü ildə Azərbaycan ixracının 63,3%-i Aİ-yə üzv dövlətlərə gedib
Avropa İttifaqı Azərbaycan üçün ən güclü bazardır.
Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko "X"də paylaşım edib.
"Aİ Azərbaycan üçün ən güclü bazardır. 2024-cü ildə Azərbaycan ixracının 63,3%-i Aİ-yə üzv dövlətlərə gedib!. Ümumilikdə, Aİ Azərbaycanın aparıcı kommersiya tərəfdaşı olaraq qalır və ölkənin xarici ticarətində 41%-dən çox paya malikdir", - deyə paylaşımda qeyd eidb.