EN

Avstraliyalı xəstə süni ürəklə 100 gün sağ qaldı

Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşayan və kimliyi açıqlanmayan 40 yaşlarında olan bir xəstəyə 2024-cü ilin noyabrında Sidneydəki St.Vinsent xəstəxanasında altı saat davam edən əməliyyat nəticəsində süni ürək nəql edilib.

Ölkə.az xəbər verir ki, daha əvvəl bu texnologiya ABŞ-də maksimum 27 gün ərzində donor ürək nəqli alan beş xəstə üzərində sınaqdan keçirilmişdi. Ancaq Avstraliyada bir xəstə tamamilə süni ürəklə 100 gün sağ qalaraq rekord qırıb.

Sidneydə aparılan uğurlu əməliyyatdan sonra xəstə donordan alınan real ürək transplantasiyası ilə sağlamlığına qovuşub.

Avstraliya hökuməti süni ürək texnologiyasının inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına start verib.

Süni ürəklər gələcəkdə orqan donorluğundan asılılığı azaltmaqla milyonlarla insanın həyatını xilas edə bilərmi? Bu sualın cavabını yaxın illərdə görəcəyik.

Həmidə İbrahimova

Chosen
18
1
olke.az

4Sources