EN

Seyid Əzim Şirvani – 190

Bu il böyük şair və maarifçi Seyid Əzim Şirvaninin də anadan olmasının 190 illiyi tamam olur. O, 200 illiyi qeyd edilən Mirzə Qədim İrəvanidən 10 yaş kiçikdir. Görünür ona görə yubileyini qeyd etmirlər. Seyid Əzim Füzulidən sonra qəzəl yaradıcılığında və Azərbaycan ədəbi düşüncəsində bir mərhələdir. Aşağıdakı söz möcüzəsi də onun yaradıcılığının kiçik bir təcəllasıdır.

Xəlqin imanmı gər məkr ilə şeytan aparır,
O pəriçöhrə nədəndir ki, bəs iman aparır?

Ey kəman qaşlı, məni yarələdi qəmzən oxu,
Zülfünü bas yarama, qoyma, məni qan aparır.

Dil çəkər canı səri-kuyinə zibh etmək üçün,
Sanki hüccac Mina dağma qurban aparır.

Eşqdir əldən alan din ilə imanı, vəli,
Xəlqdən töhməti-bihudəni Sənan aparır.

Zahid ol zülfdə rüxsarını gördükdə dedi:
Bu o hindubeçədir məktəbə Quran aparır.

Kimsə kim, geyməyə meydani-məhəbbətdə kəfən,
Onu məşuqi-əcəl məhşərə üryan aparır.

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,
Kafəri Kəbə ara hansı müsəlman aparır?

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources