EN

Sürtkü yağlarının istehsalı artıb

Azərbaycanda sürtkü yağlarının istehsalı artıb

Bu ilin yanvar ayında ölkədə 3,4 min ton sürtkü yağları istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 41,7 faiz və ya 1 min ton çoxdur.

Operativ Media bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Cari ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 6,7 min ton təşkil edib.

Chosen
19
operativmedia.az

1Sources