EN

FHN-nin xanım rəisi istefa verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəsi vəzifəsindən istefa verib. 

"Cebheinfo.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenatı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. 

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub. 

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu. 

"Cebheinfo.az" 

Chosen
100
26
cebheinfo.az

10Sources