EN

Tallində Avropa çempionatının püşkatması olub

Tallinndə bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşk nəticəsində idmançıların çıxış sırası müəyyənləşib.

Qrup hərəkətləri üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarına 16-cı başlayacaq.

İyunun 4-8-də Estoniyanın paytaxtında keçiriləcək Avropa çempionatında 39 ölkədən idmançılar iştirak edəcəklər. Turnirdə böyüklər arasında 224, yeniyetmələrdə isə 130 gimnast yarışacaq.

Qrup yarışlarında isə böyüklərdən ibarət 19 və yeniyetmələrdən ibarət 22 komanda mübarizə aparacaq.

Azərbaycan millisinin heyətində ümumilikdə 16 gimnast yer alacaq. İştirakçı idmançıların adları daha sonra açıqlanacaq.

İdman.biz

Chosen
18
idman.biz

1Sources