Azərbaycanda 2024-cü ilin noyabrında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əhəmiyyətli uğurlar əldə edilib.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder bu gün mətbuat konfransında “Report”un sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, 13-15 mart tarixlərində keçiriləcək Qlobal Bakı Forumunun mövzularından biri "Bakıdan Belenə yol xəritəsi”nin necə uğurlu edilə biləcəyi ilə bağlı müzakirələr olacaq.