Azərbaycanın daha bir boksçusu Dünya Çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Operativ Media xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.
Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.