Məhəmməd Salahın Fransada oynamaq ehtimalı heçə enib.
PSJ rəhbərliyi “Liverpul”un futbolçusunun transferi üzrə çalışmalarını dayandırıb. “Le Parisien” nəşrinin məlumatına görə, buna misirli hücumçunun növbəti mövsümdə də İngiltərə klubunda qalmaq istəməsi səbəb olub. “Liverpul”un 32 yaşlı oyunçu ilə danışıqları davam edir. Bu müddət ərzində futbolçu digər klublarla danışıq aparmaq fikrində deyil.
Qeyd edək ki, Məhəmməd bu mövsüm “Liverpul”un heyətində 39 matça çıxaraq 30 qol vurub və 22 məhsuldar ötürmə edib.