EN

ABŞ-da inflyasiya proqnozdan aşağı səviyyələrdə olub

Fevral ayında ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi, CPI) aylıq müqayisədə 0,2 faiz, illik müqayisədə 2,8 faiz artıb. Fevralda inflyasiyanın aylıq 0,3 faiz, illik isə 2,9 faiz təşkil edəcəyi gözlənilirdi.

Yanvarda illik inflyasiya 3 faiz təşkil etmişdi.

Enerji və ərzaq qiymətlərini nəzərə almayan əsas CPI fevral ayında 0,2 faizə, illik müqayisədə isə 3,1 faizə enərək dörd ilin ən aşağı səviyyəsində olub.

Baza CPI-nin aylıq 0,3 faiz, illik isə 3,2 faiz təşkil etməsi gözlənilirdi.

Məlumatlardan sonra dollar indeksi bir qədər ucuzlaşıb və hazırda 103,4 səviyyəsindədir. Qızıl da bir qədər bahalaşaraq bir unsiya üçün 2920 dollara satılır.

Valyuta bazarlarında bu il ABŞ Federal Ehtiyat Sisteminin (FED) ən azı iki faiz endirimi gözləntiləri artıb.

ABŞ prezidenti Donald Trampın tarif addımlarının ölkədə inflyasiya təzyiqlərini canlandıracağı ilə bağlı narahatlıqlar davam edir. FED, pul siyasətinin müəyyənləşdirilməsində tələskənlik nümayiş etdirməyəcəyini açıqlayıb. Tramp administrasiysının FED rəhbərliyi ilə fikir ayrılığı olacağı ehtimalı mövcuddur. 

Chosen
26
marja.az

1Sources