Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edilən Filippinin keçmiş prezidenti Rodriqo Duterteni daşıyan təyyarə Hollandiyada eniş edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NOS məlumat yayıb.
“Bəli, biz təyyarənin eniş etdiyini təsdiqləyə bilərik”, – məhkəmənin mətbuat xidmətindən bildiriblər.
Duterte barəsində həbs-qətimkan tədbiri seçiləcəyi Haaqa həbsxanasına aparılacaq.
Martın 11-də Duterte Honq Konq səfərindən qayıtdıqdan sonra Filippinin paytaxtı Manilanın hava limanında nəzarətə götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilən məhkəməsiz kütləvi qətllərlə bağlı insanlığa qarşı cinayətlərdə ittiham olunur.