ABŞ prezidenti Donald Tramp Ukraynada “atəşkəslə bağlı bəzi müsbət xəbərlər aldığını” deyib.
Editor.az “European Pravda”ya istinadən xəbər verir ki, Tramp Ukraynada təklif olunan 30 günlük atəşkəs planı barədə hələlik Kreml lideri Vladimir Putinlə birbaşa danışmadığını bildirib.
Eyni zamanda o, “atəşkəslə bağlı bəzi müsbət xəbərlər” aldığını bildirib: “Mən bəzi müsbət mesajlar aldım, lakin müsbət mesaj heç nə demək deyil”.
O, bunun “çox ciddi vəziyyət” olduğunu da bildirib:”
“Bu, Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcək bir vəziyyətdir və Bayden bunun baş verməsinə icazə verməməli idi. Atəşkəs əldə edəcəyimizə ümid edirik və indi bu Rusiyadan asılıdır.
Hazırda Rusiyaya gedən adamlarımız var”.
//Samir Qurbanov, Editor.az