EN

BƏƏ Prezidentinin müşaviri Trampın məktubunu İrana çatdırıb - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Instagram” hesabında bildirib.

“Bu axşam mən BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşdüm. İkitərəfli münasibətləri və regional məsələləri müzakirə etməklə yanaşı, ABŞ prezidentindən məktub da almışam”, - Araqçi qeyd edib.

***

16:42

BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bu gün İrana səfər edəcək.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ISNA-ya müsahibəsində bildirib.

Səfər çərçivəsində BƏƏ Prezidentinin müşaviri İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparacaq.

Onun ABŞ Prezidenti Donald Trampın məktubunu çatdıracağı gözlənilir.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi bu gün ərəb vasitəçinin ABŞ Prezidenti Donald Trampın məktubunu Tehrana çatdıracağını açıqlayıb. Xameneinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.

Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.

Chosen
18
4
apa.az

10Sources