ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq səyləri çərçivəsində rusiyalı həmkarı ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına açıqlamasında bildirib.
“Prezidentin komandası Rusiya tərəfi ilə əlaqələri davam etdirir. Bu gün Milli Təhlükəsizlik müşaviri Mayk Vals rusiyalı həmkarı ilə bu münaqişəyə son qoymaq və sülh razılaşmasına nail olmaq üçün telefonla danışıb”, - Levitt bildirib.
Bundan əvvəl Ağ Ev bildirib ki, Ukrayna atəşkəs və uzunmüddətli sülh planı ilə razılaşıb və indi Vaşinqton Moskvadan oxşar addım gözləyir.