EN

Universitetlərimiz dünyanın ən yaxşılarının yeni reytinqində

Martın 12-də "Quacquarelli Symonds" reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.

Publika.az xəbər verir ki, Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib.

Bu barədə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, Bakı Dövlət Universiteti "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə "Riyaziyyat" ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və ekonometrika" və "Sosial elmlər və idarəetmə" ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə "Müasir dillər" proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

Chosen
50
14
publika.az

10Sources