EN

Süd məhsullarından başqa kifayət qədər kalsiumu olan beş gözlənilməz məhsul

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kalsium orqanizmimiz üçün ən vacib minerallardan biridir. O, sümükləri və dişləri möhkəmləndirməklə yanaşı, sinir impulslarının ötürülməsində, miokardın yığılmasında və qanın laxtalanmasında iştirak edir. Britaniyalı alimlərin son araşdırması göstərib ki, gündəlik əlavə 300 mq kalsium bağırsaq xərçəngi riskini 17% azaldır.
Oxu.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu barədə britaniyalı diyetoloq Naycel Denbi danışıb.
Onun sözlərinə görə, ənənəvi olaraq kalsiumun əsas mənbələri süd məhsulları hesab olunur, lakin bu dəyərli mineralla zəngin olan başqa qidalar da mövcuddur.
"Kalsium tərkibinə görə liderlərdən biri konservləşdirilmiş balıqlar, xüsusən sardinalardır. Bu balığın cəmi 50 qramı yaşlılar üçün 700 mq olan gündəlik kalsium normasının təxminən 49%-ni təmin edir. Kalsium sardinaların yumşalmış sümüklərində olur. Bundan əlavə, onlarda kalsiumun mənimsənilməsi üçün lazım olan D vitamini də var", - deyə diyetoloq bildirib.
Həkim digər gözlənilməz məhsul kimi reyhanı da qeyd edib.
"Bu ətirli ədviyyatın bir xörək qaşığı təxminən 101 mq kalsium ehtiva edir. Reyhanı hazır yeməklərə əlavə etmək olar. Onun faydalı xüsusiyyətlərini qorumaq üçün işıq və istidən uzaq saxlamaq lazımdır. Ağ çörəyi də diqqətdən kənarda saxlamaq lazım deyil. Xüsusilə dəmir və B qrupu vitaminləri ilə zənginləşdirilmiş növlər faydalıdır", - deyə o əlavə edib.
Mütəxəssisin sözlərinə görə, meyvələr də kalsiumun dəyərli mənbəyi ola bilər.
"60 qram çəkisi olan bir portağal bu mineralın gündəlik tələbatının 8.5%-ni ödəyəcək və eyni zamanda lif və fol turşusu təmin edəcək. Cəmi iki qurudulmuş əncir 92 mq kalsium ehtiva edir. Digər qurudulmuş meyvələr kimi, əncir də sinir sistemi və əzələlərin sağlamlığı üçün vacib olan kalium və maqneziumla zəngindir", - deyə o bildirib.
Chosen
57
47
oxu.az

10Sources