EN

Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq? - TƏBİB-dən AÇIQLAMA

Bakı. Trend:

Son zamanlar bir neçə tibb müəssisələrinin əsaslı təmir edilməsiilə rastlaşırıq. Həmin tibb müəssisələri sırasına Respublika KlinikXəstəxanası və Kliniki Tibbi Mərkəz kimi böyük xəstəxanalar dadaxildir.

Bəs həmin tibb müəssiələrinin təmiri ilə bağlıvəziyyət nə yerdədi?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilibki, vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətingöstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibatibinasının uzun müddətdir istismar olunması və əsaslı təmirəehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtikşöbəsi müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakışəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi, 65ünvanında yerləşən modul tipli xəstəxanaya köçürülüb.

"Cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlarauyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya,təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələristifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunancərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahiəməliyyatlar icra olunacaq.

Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq,yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub.Eyni zamanda, qeyd edək ki, modul tipli xəstəxanaya müraciət edənpasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinədaxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsizəsaslarla göstərilir.

Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbixidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi buxidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə(dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir.

Əlavə edək ki, aparılan təmir-bərpa işlərinin bir ildən artıqmüddətə davam edəcəyi nəzərdə tutulur", - məlumatda qeydedilib.

Əlavə olaraq bildirilib ki, Kliniki Tibbi Mərkəzin Terapevtikbinasının Poliklinika (1-ci korpus) bölməsi isə artıq bir neçəaydır ki, əsaslı təmirə bağlanıb. Hazırda təmir işləri intensivşəkildə davam edir və yay aylarında tamamlanmasıplanlaşdırılır.

Qeyd edilib ki, poliklinikada fəaliyyət göstərən şöbələr KlinikiTibbi Mərkəzin tabeliyində olan modul tipli xəstəxanayaköçürülüb.

Hazırda terapevtik tibbi xidmətlər həmin modul tipli xəstəxanadagöstərilir.

Məqalədə:
Chosen
10
6
az.trend.az

7Sources