Ermənistan və Niderland strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı Kaspar Veldkamp ilə danışıqlardan sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.
Â
A.Mirzoyan bunu ikitərəfli münasibətlərdə "yeni mərhələ" adlandırıb.
Â
Bəyannamə siyasi və iqtisadi dialoqdan əlavə, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının aktivləşdirilməsi istiqamətində birgə səyləri nəzərdə tutur.
Â
Nazir bəyannamənin digər bir komponenti kimi kibertəhlükəsizliyin təmin edilməsi, hibrid təhdidlərə qarşı mübarizə üzrə birgə tədbirləri qeyd edib.
Â