EN

Beynəlxalq Cinayət Məhkəməsi Filippinin keçmiş prezidentini həbs edib

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilib...

Poliqon xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat verilib. Sabiq prezident narkotiklərin qanunsuz dövriyyəsinə qarşı kampaniya zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham olunur.

“Duterte I Məhkəməyə qədər Palata tərəfindən qətl törətməkdə ittiham edilərək, Filippin Respublikasının səlahiyyətli orqanları tərəfindən həbs edilib”Ə deyə BCM-in bəyanatında deyilir.

BCM prokuroru həbs qərarı üçün fevralın 10-da müraciət edib. Hakimlər bildiriblər ki, mülki şəxslərə hücumlar Dutertenin hakimiyyəti dövründə hökumətə narkotik alverçilərinə qarşı mübarizədə kömək edən “ölüm dəstələri” adlanan mülki silahlı qruplar tərəfindən həyata keçirilib. Həmçinin, BCM-nin məlumatına görə, keçmiş prezident 2011-ci ildən 2019-cu ilə qədər qətllər, işgəncələr və zorlamalarda iştirak edib. Məhkəmənin fikrincə, bu cinayətlər minlərlə insanın ölümü ilə nəticələnib. Duterte 2016-2022-ci illərdə prezident postunu tutub.

79 yaşlı Rodriqo Duterte martın 11-də Honq-Konqdan qayıtdıqdan sonra Manila hava limanında saxlanılıb. Onun vəkili Salvador Panelo həbsi qanunsuz adlandıraraq Filippinin Dutertenin özünün təşəbbüsü ilə 2019-cu ildə BCM-dən çıxdığını xatırladıb.

Qeyd edilir ki, tezliklə dinləmə keçiriləcək və bu dinləmədə keçmiş prezidentə ona qarşı irəli sürülən ittihamlar və BCM-nin əsas sənədi olan Roma Statutuna əsasən hüquqları barədə məlumat veriləcək.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources