Çempionlar Liqasında 1/4 finalçılar və bu mərhələnin cütlükləri bəlli olub.
Missiya.Az xəbər verir ki, 1/8 finalın cavab oyunlarının 2-ci günündə Dortmund "Borussiya"sı səfərdə "Lill"lə üz-üzə gəlib (ilk matç - 1:1). Almaniya klubu 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
"Arsenal" PSV-ni (ilk oyun - 7:1) qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticə London klubunu növbəti mərhələyə çıxarıb. "Aston Villa" isə ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi "Brügge"ni bu dəfə 3 cavabsız qolla məğlub edərək 1/4 finala yüksəlib.
Günün maraqla gözlənilən oyunlarından biri Madriddə keçirilib. İlk matçda 2:1 hesabı ilə qalib gələn "Real" "Atletiko"nun qonağı olub. Oyunun əsas vaxtı "Atletiko"nin 1:0 üstünlüyü ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb və qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan "Real" növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, ötəngünkü cavab görüşlərindən sonra "Barselona", PSJ, "İnter" və "Bavariya"nın mərhələ adladığı dəqiqləşib.
Beləliklə 1/4 final mərhələsinin cütlərini təqdim edirik
"Barselona" (İspaniya) - "Borussiya" (Dortmund)
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya)
"Arsenal" (İngiltərə) - "Real" (İspaniya)
PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.
Elcan
Missiya.Az