Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
“Atletiko” evdə penaltilər seriyası ilə “Real”a məğlub olub. “Arsenal” və “Aston Villa” mərhələ adlamaqda çətinlik çəkməyibsə, Dortmund “Borussiya”sı səfərdə “Lill”ə qalib gələrək yoluna davam edib.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
“Lill” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 1:2
İlk oyun – 1:1.
“Atletiko” (İspaniya) – “Real” (İspaniya) – 1:0 (Penaltilərlə – 2:4)
İlk oyun – 1:2.
“Arsenal” (İngiltərə) – PSV (Niderland) – 2:2
İlk oyun – 7:1.
“Aston Villa” (İngiltərə) – “Brügge” (Belçika) – 3:0
İlk oyun – 3:1.