Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası (məcrasının təsviri ilə dövlət sərhədinin müəyyən edilməsi və xəritədə qeyd edilməsi) üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub. Onlardan sonuncusu 2022-ci ilin payızının əvvəlində baş verib. Ümumilikdə 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.