RU

"Sərhəd sazişi hər iki ölkənin təhlükəsizliyini gücləndirəcək"- Japarov

Qırğızıstanla Tacikistan arasında sərhəd haqqında sazişin imzalanması təkcə iki respublikada deyil, bütün regionda təhlükəsizliyi gücləndirəcək.   Manset.az xəbər verir ki, bu barədə Qırğızıstan rəhbəri Sadır Japarov Bişkekdə Tacikistan prezidenti Emoməli Rəhmonla danışıqlar zamanı bildirib. “Müqavilənin imzalanması təkcə ölkələrimizin deyil, bütün regionun təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək”.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası (məcrasının təsviri ilə dövlət sərhədinin müəyyən edilməsi və xəritədə qeyd edilməsi) üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub. Onlardan sonuncusu 2022-ci ilin payızının əvvəlində baş verib. Ümumilikdə 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.

Избранный
4
manset.az

1Источники