EN

Pezeşkian özü barədə qadağa qoydu

İran prezidenti Məsud Pezeşkian ona şifahi və ya yazılı hücum edənlərə qarşı məhkəmə şikayətinə qadağa qoyub.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə hökumətin informasiya məsələləri üzrə bölməsinin rəhbəri Əli Əhmədniya X sosial şəbəkə hesabında yazıb.

"Cənab Pezeşkian şəxsən ona hücum edənlərə qarşı hər hansı hüquqi hərəkət və ya şikayət verməni qadağan etdi".

Xatırladaq ki, fevralın 12-də keçirilkən bir mitinqdə prezidentlə bağlı təhqiramiz fikirlər səsləndirilib və bu, siyasi xadimlərin, medianın, sosial şəbəkələrin təpkisinə səbəb olub.


Telegram kanalımız
Chosen
11
yenisabah.az

1Sources