İran prezidenti Məsud Pezeşkian ona şifahi və ya yazılı hücum edənlərə qarşı məhkəmə şikayətinə qadağa qoyub.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə hökumətin informasiya məsələləri üzrə bölməsinin rəhbəri Əli Əhmədniya X sosial şəbəkə hesabında yazıb.
"Cənab Pezeşkian şəxsən ona hücum edənlərə qarşı hər hansı hüquqi hərəkət və ya şikayət verməni qadağan etdi".
Xatırladaq ki, fevralın 12-də keçirilkən bir mitinqdə prezidentlə bağlı təhqiramiz fikirlər səsləndirilib və bu, siyasi xadimlərin, medianın, sosial şəbəkələrin təpkisinə səbəb olub.
Telegram kanalımız