EN

"Yalnız bir Madrid var"

"Real Madrid"in ulduz hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasının 1/8 finalında "Atletiko Madrid" üzərində son qələbədən sonra fikirlərini bölüşüb.

 90deqiqe.Az-ın məlumatına görə, braziliyalı forvard bu barədə sosial şəbəkə hesabında yazıb.

“Yalnız bir Madrid var. Bunu hər kəs bilir. İndi Çempionlar Liqasının növbəti mərhələsindəyik”, - deyə, hücumçu qeyd edib.

Xatırladaq ki, cavab matçında Vinisius ikinci hissədə penaltidən yararlana bilməyib. Real Madrid səfərdə minimal hesablı 0:1 hesablı məğlubiyyətə uğrayıb və matç penaltilər seriyasına gedib. Bunda "qaymaqlılar" daha dəqiq olub - 4:2. Çempionlar Liqasının 1/4 final mərhələsində Karlo Ançelottinin yetirmələri “Arsenal” klubu ilə qarşılaşacaq.

Chosen
6
90deqiqe.az

1Sources