EN

Şimali Makedoniya Prezidenti: Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır

Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova bildirib.

Şimali Makedoniya Prezidenti deyib ki, yeni qaydaların nəyə əsaslandığı hələ məlum deyil: “Ümumiyyətlə, böhranların, qarşıdakı çağırışların öhdəsindən gələ biləcəyikmi? Gələcək nəsillər üçün hansı dünyanı quracağıq? Mən şadam ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən bu Forumda fikirlərimizi bildirirəm”.

Chosen
29
1
apa.az

2Sources