UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
QOL.az xəbər verir ki, bu ada “Bavariya”dan Harri Keyn, PSJ-dən Canluici Donnarumma, “Aston Villa”dan Marko Asensio və Dortmund “Borussiya”sından Emre Can namizəd olub.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.