Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Müşahidə Missiyasının müşayiəti ilə Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfər ediblər.
Missiya.Az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyası “X” sosial media hesabında məlumat yayıb.
“Biz Niderlandın Xarici İşlər Naziri Kaspar Veldkamp, Niderland Krallığının Ermənistandakı səfiri Marieke Monroy-Vinteri və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etməkdən şərəf duyuruq”, - deyə vurğulanıb.
Qeyd edək ki, Veldkamp ötən gün Ermənistana səfər edib.
Daşqın HəsənovMissiya.Az