EN

Tacikistan və Qırğızıstan liderləri ümumi dövlət sərhədini videobağlantı vasitəsilə açıblar

Tacikistan və Qırğızıstan prezidentləri Emomali Rahmon və Sadır Japarov dörd il bağlı qalan ümumi dövlət sərhədlərini videobağlantı vasitəsilə açıblar.

TASS-ın məlumatına görə, mərasim Tacikistan liderinin Qırğızıstana səfəri çərçivəsində baş tutub.

Sərhəd 2021-ci ildə sərhəd bölgəsində mübahisəli ərazilərin sakinləri arasında bir sıra ciddi münaqişələrdən sonra bağlanıb.

Fevral ayında Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası haqqında saziş imzalayıblar.

DOĞRU.AZ

Chosen
9
5
dogru.az

10Sources