EN

Qusar rayon stadionunun tikintisi niyə yarımçıq qalb?

Qusarda illər öncə tikintisi başlanan stadion hələ də yarımçıq qalıb.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, 2017-ci ildən etibarən təmirə bağlanan stadionda hələ də tikinti işləri yarımçıq qalıb. Rayonun futbol komandaları isə oyunlarını başqa yerlərdə keçirmək məcburiyyətində qalırlar.

Belə ki, Qusarın “Şahdağ” futbol komandası ev oyunlarını keçirmək üçün Şamaxı və Sumqayıt şəhərlərinə gedir. Digər yerli klub olan “Qusar” futbol klubu isə öz oyunlarını Sumqayıtda keçirməyə məcburdur.

Mövcud haldan rayon əhalisi də narazılığını bildirərək söyləyir ki, əvvəllər oyunları izləmək üçün stadiona gələn azarkeşlər hazırda bundan məhrum qalıblar. Onların sözlərinə görə, neçə illərdir gözlədikləri stadionun isə hələ də təmiri bitmək bilmir.

Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsindən məsələ ilə bağlı bildirilib ki, futbol stadionu Nazirliyin balansında deyil, buna görə də stadionun təmiri ilə bağlı məsələyə müdaxilə etmək onların səlahiyyətində deyil.

AFFA-dan da bildirilib ki, stadion onlara məxsus deyil.

Qusar Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, stadion İcra Hakimiyyətinin balansında deyil. Bu stadionun tikintisi özəl bir şirkət tərəfindən başlansa da sonradan naməlum səbəblər üzündən təmir-tikinti işləri yarımçıq saxlanılıb. İcra Hakimiyyətindən verilən məlumata görə, son danışıqlara əsasən stadionun tikintisinin davam etdirilməsi planlaşdırılıb.

Müəllif: Türkan_zadə

Chosen
11
heftelik.az

1Sources