EN

Kelin: Rusiya ABŞ-ın Ukrayna ilə atəşkəs təklifini nəzərdən keçirəcək

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib ki, Moskva Vaşinqtonun Ukraynanın şərqində atəşkəslə bağlı təklifini nəzərdən keçirəcək, lakin hərbi əməliyyatların tam dayandırılması yalnız sülh razılaşması əldə edildikdən sonra olacaq.

Turkustan.az xəbər verir ki, Andrey Vladimiroviç jurnalistlərə deyib: "Biz buna çox ehtiyatla yanaşırıq. Tam, hərtərəfli razılığa gələndə hərbi əməliyyatları dayandıracağıq".

Nəşrin yazdığına görə, səfir əlavə edib ki, Moskvanın atəşkəs mümkünlüyünə şübhə ilə yanaşması Kiyevlə əvvəlki danışıqlar təcrübəsi ilə bağlıdır.

Çərşənbə axşamı Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutub. Zelenskinin ofisi danışıqlardan sonra Kiyev və Vaşinqtonun birgə bəyanatını dərc edib və orada Kiyevin ABŞ-ın tərəflərin razılığı ilə uzadılan 30 günlük atəşkəs təklifinə hazır olduğu qeyd edilib. Sənəddə həmçinin bildirilir ki, ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldıracaq və Ukraynaya hərbi təchizatı bərpa edəcək.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
turkustan.az

1Sources