EN

“Qarabağ” 4000, “Araz-Naxçıvan” 3800 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 97 nömrəli futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

“Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” klubunun 14 nömrəli futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Səbail” klubu 3000 manat cərimə edilsin (maddə 40.3);

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 37);

“Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 41);

Chosen
1
3
futbolpress.az

10Sources