EN

Mingəçevirdə kütləvi dava - saxlanılanlar VAR

Mingəçevirdə kütləvi dava olub.

Redaktor.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri Bağlar yaşayış massivində qeydə alınıb. 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək (lent.az). 

Chosen
4
14
redaktor.az

10Sources