EN

Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır

Yer kürəsinə güclü, uzunmüddətli maqnit qasırğası yaxınlaşır.

Bu barədə "Forbes" nəşri yazıb.

Məlumata görə, geomaqnit qasırğası ilə bağlı vəziyyətin pisləşməsi yazın əvvəlində Günəşdəki tac dəliyinə görə başlayıb. Maqnit qasırğası bu axşam (13 mart) başlayacaq və bir neçə gün davam edə bilər.

Şimali Amerikada da, həmçinin "qanlı ay" tutulması gözlənilir ki, bu hadisəni martın 13-dən 14-nə keçən gecə görmək mümkün olacaq. Tam ay bir saatdan çox müddətə tünd qırmızımtıl rəngə boyanacaq.

Nəşrin yazdığına görə, həmçinin tam tutulma zamanı Qütb parıltısını görmək üçün də kiçik ehtimal var.
 
 


Chosen
6
3
7news.az

4Sources