EN

TÜRKİYƏ AVROPA İTTİFAQI LİDERLƏRİ SAMMİTİNƏ DƏVƏT EDİLİB

Hurriyyet.az xəbər verir ki, Türkiyə Aİ liderləri sammitinə dəvət edilib.

Almaniyanın Baş naziri Olaf Şolts 2025-ci il 20-21 mart tarixlərində, Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək Aİ liderləri sammitinə Türkiyəni də dəvət etdiklərini bəyan edib. 

Almaniyanın Baş naziri Olaf Şolts Aİ Şurasının başçısı Antonio Kosta ilə martın 12-də, Berlində görüşdükdən sonra verilən birgə mətbuat konfransında bu məlumatı verib.

Kansler sammitdə Ukraynaya dəstək və Avropanın müdafiəsinin gücləndirilməsi məsələlərinin müzakirə olunacağını bildirib.

Hürr Tərcüman

 

Chosen
11
hurriyyet.az

1Sources