"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsün müəllifi Azərbaycan Respublikasıdır. Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə müharibə cinayətləri və digər əməllər yaddan çıxası faktlar deyil".
O bildirib ki, bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir:
"Bugünkü çıxışında cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır və Ermənistan konstitusiyasında dəyişilməli olan məqamlar var. Bu, nəticə etibarilə regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil".