EN

Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov milli komandaların oyunlarına təyinat alıb.

İdman.biz xəbər verir ki, o, mayın 30-dan iyunun 1-ə kimi Bakıda keçiriləcək qadınlar arasında Avropa Qızıl Liqasının ilk mini-turnirinin bir neçə görüşündə hakimlik edəcək.

Zülfüqarov türkiyəli həmkarı Caner Çildirlə birlikdə mayın 31-də Sloveniya - Macarıstan görüşünü idarə edəcək. Ertəsi gün isə o, serb Deyan Rogiç ilə birlikdə Azərbaycan - Sloveniya matçında çalışacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avroliqanın Bakı mərhələsinin açılış matçında Macarıstanla qarşılaşacaq. Görüşü idarə etmək Caner Çildir və Deyan Rogiçə həvalə olunub.

İdman.biz

Chosen
33
31
idman.biz

10Sources