EN

Şamaxıda ağır qəza - İki nəfər öldü

Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes”in 1980-ci il təvəllüdlü sürücüsü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Chosen
0
31
milliyol.az

10Sources