EN

Ukrayna dondurulmuş Rusiya aktivlərinin ilk tranşını Kanadadan alıb

...Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən Kiyevi maliyyə resursları ilə təmin edən G7-nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb.

SİA-nın məlumatına görə, bu barədə cümə axşamı, martın 13-də baş nazir Denis Şmıqal bildirib.

Şmıqal bəyan edib ki, hakimiyyət bu pulları dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldəcək.

Onun sözlərinə görə, 2,5 milyard Kanada dolları məbləğində tranş birincidir, çünki ölkə ümumilikdə ERA-ya 5 milyard Kanada dolları ayırıb.

Bu, Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən maliyyə resursları ilə təmin etməyi nəzərdə tutur.

Əli Babayev

Chosen
2
sia.az

1Sources