...Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən Kiyevi maliyyə resursları ilə təmin edən G7-nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb.
SİA-nın məlumatına görə, bu barədə cümə axşamı, martın 13-də baş nazir Denis Şmıqal bildirib.Şmıqal bəyan edib ki, hakimiyyət bu pulları dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldəcək.
Onun sözlərinə görə, 2,5 milyard Kanada dolları məbləğində tranş birincidir, çünki ölkə ümumilikdə ERA-ya 5 milyard Kanada dolları ayırıb.
Bu, Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən maliyyə resursları ilə təmin etməyi nəzərdə tutur.
Əli Babayev