Bakı. Trend:
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin“büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etirafedib.
Trend xəbərverir ki, A.Qukasyan qondarma rejimin “büdcə”sinə Ermənistantərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin“kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.
“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxınmüddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundanəlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsullarıngömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı“idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət GömrükXidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, -deyə o əlavə edib.
Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nınErmənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlirErmənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığıvəsaitdən az idi.
O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən”“Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olmasıbarədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.