EN

Bank müdiri müştərisinin çənəsini sındırdı

Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın filial müdirinin müştərini döydüyünə dair məlumat yayılıb.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələyə aydınlıq gətirib.

Bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:

"Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə o qeyd edib.

***

“Yelo Bank”ın filialında müdir müştərini döyüb.

Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.

"Yelo Bank"dan bildirilib ki, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılır.

Chosen
3
9
metbuat.az

10Sources